“Vostok” Media Holdinqin tərkibinə daxil olan Vostok tv-də
“Азербайджан моими глазами" adlı yeni veriliş efirə gedəcək”.Bunu AzEdu a açıqlamasında Rusiyanın "Vostok” Media Holdinqinin vitse-prezidenti, "Vostok" telekanalının icraçı direktoru azərbaycanlı gənc jurnalist Şəhriyar İmanbəyli deyib.O bildirib ki, rəsmi çəkiliş icazəsi ilə bağlı ilk prosedurlar artıq başlayıb:“Qeyd edim ki, layihə çərçivəsində Azərbaycanın mədəniyyəti, incəsənəti və tarixi ilə bağlı nüanslar lentə alınacaq. Həmçinin, Azərbaycanın bugünkü inkişafı, sosial-iqtisadi həyatı da bu verilişdə əks etdiriləcək. Hətta biz bununla bağlı dövlət rəsmiləri ilə eksklüziv müsahiblərin edilməsini də planlayırıq”.
Yorum Yok..
Hemen bir tane yorum eklemeye ne dersin ?